Sumqayıtda uçan hasarın altında qalan fəhlə öldü

 

Sumqayıtda 33 yaşlı kişi daş hasarın altında qalaraq ölüb.

APA TV xəbər verir ki, hadisə şəhərin "Qurd dərəsi" bağlar massivində baş verib.

Fərdi yaşayış evlərdən birində fəhlə işləyən 1987-ci il təvəllüdlü Məmmədov İlham Sərxan oğlunun üzərinə daş hasar uçub. Nəticədə o, hasarın altında qalaraq ölüb. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv