Sumqayıtda yaşayış binasında yanğın
Sumqayıtda yaşayış binasında yanğın olub.
Hadisə Koroğlu prospektində qeydə alınıb.
Yağın hadisəsi yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzillərdən birində baş verib.
Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb.