Sumqayıtda yaşayış binasında yanğın olub
Sumqayıtda yaşayış binasında yanğın olub.
APA TV-nin məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisindəki binalardan birində qeydə alınıb. Yaşayış binasının 3-cü mərtəbəsindəki mənzildə meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.
Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.