Sumqayıtda yataqxana yandı, 3 nəfər tüstüdən zəhərləndi
Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 3 saylı yataqxanada yanğın baş verib.
APA TV xəbər verir ki, hadisə zamanı beşmərtəbəli yataqxananın 2-ci mərtəbəsində ümumi sahəsi 6 kvadratmetr olan hamam otağında istifadəyə yararsız ev əşyaları 2 kvadratmetr sahədə yanıb.
Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Onlardan ikisinə hadisə yerində tibbi yardım göstərilib. Bir nəfər isə xəstəxanaya yerləşdirilib.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı alınaraq söndürülüb.
Faktla bağlı araşdırma aparılır.