Sumqayıtda yataqxanadan iki nəfərin meyiti tapıldı

Sumqayıt şəhərinin 18-ci məhəlləsindəki yataqxanaların birində mənzildən 2 meyit tapılıb.

 

APA TV xəbər verir ki, 2 saylı yataqxananın 100-cü mənzilində aşkarlanan şəxslərin içki məclisindən sonra öldüyü məlum olub.

 

Ehtimal olunur ki, həmin şəxslər yeyib-içdikdən sonra ehtiyatsızlıqdan mənzildə kiçik yanğın törədiblər və bu zaman yaranan tüstüdən boğularaq ölüblər. Meyitlərə keçirilən baxış zamanı onların çürüdüyü aşkarlanıb. Hadisənin 5 gün əvvəl baş verdiyi  bildirilir.

 

Ölənlərdən birinin şəxsiyyəti də məlum olub. Bu, 1964-cü il təvəllüdlü Şıxıyev Abil Murtuz oğludur. Digər şəxsin kimliyi hələlik məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv