Sumqayıtda yol qəzasında 4 nəfər xəsarət alıb

Sumqayıtda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA Tv-nin yerli bürosunu məlumatına görə, şəhərin Sülh prospektində “VAZ 21011” markalı avtomobil yol kənarında dayanmış “Chevrolet” markalı avtomobilə çırpılıb. Nəticədə “VAZ 21011” markalı avtomobilin sürücüsü, 1996-cı il təvəllüdlü Hümbətov Nicat Yaqub oğlu və onun sərnişinləri - 1993-cü il təvəllüdlü  Vəliyev Nahid Muxtar oğlu, 1981-ci il təvəllüdlü Hümbətova Tünzalə Vahab qızı və 2010-u il təvəllüdlü Əliyli Hüseyn Elxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv