Sumqayıtda zavod ərazisində yanğın baş verib

Sumqayıt şəhərinin Sənaye rayonu ərazisində  güclü yanğın olub.

 

APA TV-nin məlumatına görə, hadisə axşam saatlarında “Beton” zavod ərazisində qeydə alınıb. Məlumata görə, əraziyə yaxınlıqda yerləşən digər müəssisə tərəfindən gətirilərək atılan tonlarla şüşə pambıq tərkibli kimyəvi maddələrdən ibarət məhsullar, anidən alışmağa başlayıb. Yanğının miqyası böyüdüyüdən dərhal  əraziyə 7 yanğın söndürən maşın və 50-ə yaxın canlı qüvvə cəlb olunub.

 

Təhlükəsizlik baxımından zavod ərazisinə giriş çıxış məhdudlaşdırılıb.

 

Yanğının yaxınlıqda olan digər tikililərə keçməsinin qarşısı alınıb.

 

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv