Sumqayıtda zibillikdən qumbara tapıldı

Sumqayıtda tank əleyhinə qumbara aşkarlanıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayonda qeydə alınıb. Belə ki, ərazidən keçən şəxslər zibil qutusunun yaxınlığında olan sursatı görüb polisə məlumat veriblər.

 

Əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

 

Qumbaranın olduğu ərazi polislər tərəfindən mühafizə edilib və aidiyyəti qurumlara partlamamış hərbi sursatın ərazidən aparılması üçün məlumat verilib.

Müəllif | Apa.Tv
Apa.tv