Sumqayıtdakı “Sülh göyərçini” abidəsinin müəllifi vəfat edib
Sumqayıtdakı “Sülh göyərçini” abidəsinin müəllifi vəfat edib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Sumqayıtın simvoluna çevrilmiş "Sülh göyərçini" abidəsinin müəllifi, heykəltəraş, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov 80 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Vaqif Nəzirov 1940-cı ildə anadan olub. Əzim Əzimzadə adına rəssamlıq məktəbini, Tbilisidə Rəssamlar Akademiyasını bitirib. Sumqayıtla tanışlığı isə 1968-ci ildən başlayıb. Sumqayıta baş rəssam kimi dəvət alıb və ömrünün 50 ilini şəhərin abadlaşdırılmasına həsr edib.
Allah rəhmət eləsin!