Sumqayıtdan Türkiyəyə növbəti yardım göndərilib

Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Sumqayıt şəhərində həyata keçirilən humanitar yardım kampaniyası davam edir.

 

Sumqayıtdan növbəti dəfə qardaş ölkəyə yardım göndərilib.

 

Hər birində 8-10 nəfərin müvəqqəti yaşaması üçün nəzərdə tutulan növbəti 6 ədəd modul tipli evlər və 91 min Azn dəyərində olan zəruri humanitar yardım Türkiyəyə yola salınıb.

 

Bununla da son 10 gün ərzində Sumqayıtdan 21 modul tipli ev, 6 kabinəli bir sanitar qovşağı və 812 min manat məbləğində zəruri humanitar yardım göndərilib.

 

Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib ki, modul tipli evlər boş deyil, humanitar yardımla doldurularaq göndərilir.

 

Qeyd edilib ki, Sumqayıt şəhəri ölkəmizdə həyata keçirilən humanitar yardım kampaniyasında fəal iştirak edir. Şəhərin müxtəlif yerlərində yardımların toplanması üçün məntəqələr yaradılıb. Hadisə baş verən ilk gündən Sumqayıtlılar yardım toplama məntəqəsinə axın edirlər.

Müəllif | Apa.Tv
Apa.tv