Süpürgəçi qadını vurub öldürən sürücü qaçdı - SUMQAYITDA

 

Sumqayıtda avtomobil vuran qadın hadisə yerində ölüb.

APA TV-nin məlumatına görə, yol nəqliyyat hadisəsi şəhərin Sahil küçəsində qeydə alınıb.

Təmizlik işləri aparan - 1979-cu il təvəllüdlü Səbiyeva Həcər Sabər qızını avtomobil vuraraq öldürüb.

Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib. 40 yaşlı qadın Sumqayıt şəhər Təmizlik Departamentinin işçisi olub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv