Suqovuşan su anbarından suyun verilməsinə başlandı

Oktyabrın 3-də Suqovuşan kəndinin düşmən işğalından azad edilməsindən sonra Suqovuşan su anbarından suyun buraxılmasına başlanılıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, nəticədə üç rayonun - Tərtər, Goranboy və Yevlaxın su təminatında əsaslı şəkildə dəyişiklik baş verib.

 

Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində sözügedən rayonlara suyun verilməsi, eyni zamanda ekoloji tarazlıq təmin olunub.

 

Mehman Kərimovun sözlərinə görə, Suqovuşan su anbarının həcmi 5.86 milyon kubmetirdir. Su anbarından suyun verilməsi ilə Tərtər, Bərdə, Ağdam, Yevlax, Goranboy və Ağcabədi rayonlarının 92600 hektar sahəsi suvarma suyu ilə təmin olunacaq.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv