Suraxanı polisi 50 aztəminatlı ailəyə Ramazan ayına görə yardım edib

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları Hövsanda xüsusi karantin rejimi dövründə maddi dəstəyə ehtiyacı olan, evdən çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı, çoxuşaqlı ailələrə müqəddəs Ramazan ayının gəlməsi münasibəti ilə yardım ediblər.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, polis əməkdaşları ümumilikdə 50  ailəyə baş çəkib müxtəlif ərzaq məhsullarından və gigiyenik vasitələrdən ibarət bağlamaları onlara təqdim ediblər.

 

Bu tipli xeyriyyə aksiyaları Ramazan ayı boyunca mütəmadi olaraq davam etdiriləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv