Suraxanıda dəmir boruları oğurlayan dəstə üzvləri tutuldu

Suraxanı rayonu 4-cü Mədən ərazisi adlanan yerdən dövlət mülkiyyətində olan dəmir boruları qanunsuz olaraq kəsib oğurlayan şəxslər saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə daxil olan xəbərlərə görə, 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Səid Əlizadə, Rüstəm Mirzəyev və onun qohumu Sərxan Mirzəyev tutulublar.

 

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər ümumi uzunluğu 50 metrə yaxın olan dəmir boru xəttini kəsərək Rüstəm Mirzəyevin idarə etdiyi avtomobillə həmin ərazidən aparıblar.

 

Həmin şəxslər saxlanılan zaman oğurlanan borular onlardan aşkar olunaraq götürülüb.

 

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv