Suraxanıda keçmiş məhkum narkotik əkdiyi üçün yaxalandı
Suraxanı rayonunda narkotik bitkilər əkib-becərən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə daxil olan məlumata görə, rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər də məhkum olunmuş Yeni Suraxanı qəsəbəsi sakini Mahir Balaqədirov tutulub.
Ona məxsus evin həyətinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən, yaş halda çəkisi 10 kiloqram 950 qram olan 87 ədəd çətənə kolu və 1 kiloqram 500 qram satış üçün qablaşdırılan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Mahir Balaqədirov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.