Dəməşq raket atəşinə tutuldu - ZİDDİYYƏTLİ MƏLUMATLAR

 

Suriya paytaxtı raket atəşinə tutulub.

 

APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, Dəməşqdə azı iki güclü partlayış baş verib.

“Ikhbariya” telekanalı isə ölkənin hava hücumundan müdafiə sistemi paytaxta hədəflənən zərbələri zərərsizləşdirib. “Raketlər ölkənin işğal olunmuş ərazilərindən atılıb” - deyə, dövlət kanalı xəbər yayıb.

Raketlərdən biri Dəməşqdən 20 km cənub-şərqdə Akraba kəndi ərazisinə düşüb.

Tələfat barədə informasiya yoxdur.

Müəllif | Apa.Tv
Apa.tv