Sürücü diqqətsizliyi qəzaya səbəb olub, 3 nəfər xəsarət alıb - ŞƏMKİRDƏ

Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun  rayonun  ərazisindən keçən hissəsində  qeydə alınıb. Belə ki, “Hyundai”, “Mercedes” markalı minik maşınları “Ford Tranzit”lə toqquşub. Qəza zamanı rayonun Zəyəm Cırdaxan kənd sakinləri – 1975-ci il təvəllüdlü Malik Fəzail oğlu Məmmədov, 1965-ci il təvəllüdlü Əlif Naib oğlu İsayev və 1984-cü il təvəllüdlü Amilə Telman qızı Həsənova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Hadisə yerinə DYP əməkdaşları və təcilli tibbi yardım briqadası cəlb olunub. İlkin ehtimallara görə qəzaya səbəb avtomobillərdən birinin  ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

 

Faktla bağlı  Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv