Sürücü idarəetməni itirdi, avtomobil aşdı – İKİ NƏFƏR ÖLDÜ
Şəkidə iki nəfəri ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
APA TV-nin məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonu Aşağı Göynük kənd ərazisindən keçən hissəsində baş verib.
Şəki rayonu Aşağı Göynük kənd sakini, 31 yaşlı Elvin Musayev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib və maşın aşıb. Nəticədə sürücü Elvin Musayev və avtomobildə olan sərnişin Aşağı Göynük kənd sakini, 33 yaşlı Daşqın Mustafayev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.