Sürücü idarəetməni itirdi, maşın dərəyə aşdı
Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun rayonun Qədim Qala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə minik maşını yoldan çıxaraq su kanalına aşıb.
Qəza zamanı sürücü ilə birlikdə 3-ü azyaşlı olmaqla 7 nəfər xəsarət alıb. Hadisə nəticəsində xəsarət alanlar 1971-ci il təvəllüdlü Naibə Hüseynova, 2018-ci il təvəllüdlü Umera Qocayeva, 1998-ci il təvəllüdlü Nərmin Abbasova, 2021-ci il təvəllüdlü Sirac Hüseynli, 1995-ci il təvəllüdlü Mehman Hüseynli, 1965-ci il təvəllüdlü Yaşar Cəfərov və 2020-ci il təvəllüdlü Mehrac Hüseynlidir. Yaralılar Şəmkir rayonun mərkəzi xəstəxanasına yerləşdirilib.
Xəsarət alan azyaşlılardan birinin vəziyyətini orta ağır olduğu bildirilir. Digərləri isə normaldır.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu, Mehdi Rəşid, APA TV