Sürücü tabe olmadı, polis güc tətbiq etdi - APA TV

Bakıda Yol Patrul Xidməti əməkdaşı ilə sürücü arasında insident yaşanıb.

 

APA TV xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

 

Görüntülərdə yol polisinin sürücüyə təzyiq göstərdiyi, sürücünün isə polisin əmrinə tabe olmadığı əks olunub.

 

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, görüntülərdə tabe olmayan sürücü əvvəl həbs edilsə də, sonra qərar cərimə ilə əvəzlənib:

 

"Sürücü taksi fəaliyyəti ilə məşğul olub avtomobilinin üzərində 3 ayı tamam olmuş cərimələrinə görə həbs qərarının olduğu ona izah olunub. Bildirilib ki, bu halda avtomobil duracağa yerləşdirilməlidir. Əvvəl razılığını bildirib daha sora avtomobilə əyləşərək, qapıları bağlayıb həmin yerdən uzaqlaşmağa çalışıb bu zaman videodanda görsəndiyi kimi polis əməkdaşı əlini qapıya atanda ayağı ilə onun əlini sıxır və çəkiliş edib gərginliyi artırmaq məqsədli şəkildə öz xeyrinə göstərməklə qanuni işini görən polisi nüfuzdan salmağa çalışır. Şəxs aidiyyəti üzrə ərazi polis bölməsinə aparılıb.

 

Nizami rayon məhkəməsinin qərarı ilə polisin qanuni tələbinə tabe olmadığı üçün barəsində 10 sutka həbs qərarı verilib. Daha sonra isə himayəsində azyaşlı uşaq olduğunu əsas tutaraq məhkəmə qərarından apellyasiya şikayəti edib və cəza növü cərimə ilə dəyişdirilib lakin qərar qüvvədə saxlanılıb", - deyə Araz Əsgərli bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv