Sürücü vurduğu qızı xəstəxanaya son anda çatdırdı - GƏNCƏDƏ

Gəncədə piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, qəza şəhərin 28 May küçəsində baş verib.

 

Yolu keçmək istəyən şəhər sakini - 1999-cu il təvəllüdlü Mətanət Yaqub qızı Hüseynovanı “VAZ 21 015” markalı minik maşını vurub. Sürücü gənc qızı Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına çatdırıb. Xəsarət alan şəhər sakini reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov APA TV Gəncə

Müəllif | Apa.Tv
Apa.tv