Sürücülərin nəzərinə - ŞAMAXİNKAYA GİRİŞ MƏHDUDLAŞDIRILDI
Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində bu gün və sabah Moskva prospektindən, həmçinin Bakı Dairəvi-1 avtomobil yolundan “Şamaxı yolu” adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli APA TV-yə verdiyi açıqlamada bildirib ki, sürücülər alternativ olaraq Moskva prospektinin əsas yolundan və Biləcəri enişindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.
Təmir-tikinti işləri Müzəffər Həsənov küçəsinin 20 Yanvar dairəsindən Mirzə Abbas Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində də aparılır. Bu səbəbdən təmir işləri bitənədək küçənin sözügedən hissəsi ilə də hərəkət məhdudlaşdırılıb.
Xatırladaq ki, Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işlərinin may ayının sonuna kimi tamamlanması nəzərdə tutulur.