Sürücünü bıçaqla hədələyib taladılar

Bakıda quldurluq olub.

 

DİN-dən verilən məlumata görə, martın 4-də saat 23 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində “Toyota Prius” markalı bir avtomobildə sürücünün sərnişini tərəfindən bıçaqla hədələnərək quldurluq yolu ilə pulunun talanması barədə polisə məlumat daxil olub.

 

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Tərlan Qasımov müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv