Şuşa bir neçə ölkənin şəhərləri ilə “Qardaşlaşmış şəhər” statusu altında əməkdaşlıq edəcək

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin şöbə müdiri Səmayə Məmmədova APA TV-yə açıqlamasında bildirib ki, hər il Şuşaya gələn qonaqların sayında ciddi artım müşahidə olunur. Ötən ilin statistikasına görə, 12 min nəfərin Şuşaya səfəri qeydə alınıb.

 

Daha sonra Səmayə Məmmədova qeyd edib ki, artıq 6 ölkənin müxtəlif şəhərləri ilə əməkdaşlıq haqqında müxtəlif sənədlər imzalanıb.

 

Qeyd edək ki, Şuşa 6 ölkə - Türkiyə, Özbəkistan, Qazaxıstan, Bolqarıstan, Macarıstan, Koreyanın şəhərləri ilə “Qardaşlaşmış şəhər” statusu altında əməkdaşlıq edəcək.

Müəllif | Apa.Tv
Apa.tv