13:04 16 Aprel 2021 139
Ana səhifə Xəbərlər

Şuşa modul xəstəxanasında hansı xidmətlər göstəriləcək?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova Şuşada yeni quraşdırılan modul tipli xəstəxananın şəraiti ilə tanış olub.
 

APA TV-nin xəbərinə görə, Nigar Bayramova bildirib ki, ölkə başçısının tapşırığına əsasən istifadəyə verilən Şuşa modul tipli xəstəxana ölkədə səhiyyə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır: “Xəstəxananın quraşdırılması tibbi xidmətləri əhali üçün əlçatan edir. Vətəndaşlar burada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlana biləcəklər”.

 

Nərimanov Tibb Mərkəzinin rəhbəri, Şuşa modul tipli xəstəxanaya təhkim edilən Fazil Alməmmədov İdarə Heyəti sədrinin müavininə xəstəxanada görülən tədbirlər barədə məlumat verib. Bildirib ki, xəstəxana mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub.

 

Xəstəxanada təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, anesteziologiya-reanimasiya və stasionar xidmətlər göstəriləcək. Hazırda 9 çarpayı yeri mövcud olan xəstəxanada travmatoloq, ümumi cərrah, kardioloq, revmatoloq, anestezioloq-reanimatoloq, funksional diaqnostika həkimi, orta və kiçik tibb işçiləri, eləcə də qeyri-tibb işçiləri çalışırlar.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın