Şuşa sakinləri Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edib
Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra bu gün Şuşaya ilk dəfə səfər edən bir qrup Şuşa sakini Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edib.
APA-nın səfəri işıqlandıran əməkdaşı xəbər verir ki, şuşalılar məscidlərdə namaz qılıb, dualar oxuyublar.