Şuşa və Ağdam atəşə tutuldu

 

 

 

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

 

Müdafiə Nazirliyindən verilən xəbərə görə, noyabrın 30-u saat 14:40-dan saat 15:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

 

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

 

Müəllif | Apa.Tv
Apa.tv