Şuşada 20-25 min insanın məskunlaşması nəzərdə tutulur

Şuşa şəhərində indiyədək 7 tarixi abidə bərpa olunub.

 

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

 

O bildirib ki, Şuşanın yeni Baş planı hazırlanıb, şəhərdə 20-25 min insanın məskunlaşması nəzərdə tutulur.

 

Aydın Kərimov qeyd edib ki, insanların məskunlaşması üçün 24 binanın tikintisi nəzərdə tutulur.

 

Müəllif | Apa.Tv
Apa.tv