Şuşada avtomobil qəzasında xəsarət alan hərbçi 13 gün sonra vəfat edib

Yanvarın 15-də Şuşa istiqamətində avtomobil qəzasında ağır xəsarət alan Azərbaycan ordusunun hərbçisi - Xudat rayon sakini, 1998-ci il təvəllüdlü Məmmədov Kamil Şamil oğlu bu gün hospitalda  həyatını itirib.

Müdafiə Nazirliyindən faktı APA TV-yə təsdiq ediblər.

Qeyd edək ki, yanvar ayının 15-də baş verən qəza zamanı daha bir hərbçimiz həlak olmuşdu.

Müəllif | Apa.Tv
Apa.tv