Şuşada ermənilərə məxsus kvadrakopter endirildi

 

Şuşada ermənilərə məxsus kvadrakopter endirildi Avqustun 13-ü saat 10:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib. Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə, bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.

Müəllif | Apa.Tv
Apa.tv