Şuşaya yeni polis rəisi təyin edilib

Şuşaya yeni polis rəisi təyin olunub.

APA TV-nin əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Polis polkovnik-leytenantı Səməd Akif oğlu Məhərrəmov Şuşa Şəhər Polis Şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, S.Məhərrəmov Vətən Müharibəsinin iştirakçılarından olub. O, bundan əvvəl Goranboy Rayon Polis Şöbəsində çalışıb.

Müəllif | Apa.Tv
Apa.tv