Taekvondo üzrə dünya çempionatı çərçivəsində master-klass keçirilib
Bakıda baş tutacaq taekvondo üzrə dünya çempionatı çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında master-klass təşkil olunub. İkiqat Avropa çempionu, əməkdar idman ustası İlkin Şahbazov 100-ə qədər idmançıya taekvondo təlimi keçib. Beş hissədən ibarət tədbirin ilk hissəsində ümumi komanda ilə birgə baza hərəkətləri edilib. Ardınca qızların xəyali döyüş səhnəsi canlandırılıb. Növbəti hissədə uşaq və yeniyetmə taekvondoçuların iştirakı ilə döyüş hərəkətləri ilə bağlı məşqlərə üstünlük verilib. Son iki hissə böyüklərin xəyali səhnəsi olan pumseyə və komandanın döyüşlərinə həsr olunub.