Tağı Əhmədova 2 milyon "atan" AXTARIŞA VERİLDİ

Tağı Əhmədova qarşı 2 milyonluq dələduzluq edən şəxs axtarışa verilib.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, Sahil Abuşov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilir.

 

Sahil Abuşov istintaqdan yayındığı üçün barəsində həbsli axtarış elan edilib.

 

Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, mediada yayılan məlumatlara görə, Sahil Abuşov “Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədova qarşı 2 milyonluq dələduzluq etməkdə təqsirləndirilən şəxslərdən biridir. Onunla birgə Qulu Muxtarov və Səadət Xəlilov da təqsirləndirilir. Adları çəkilənlərdən yalnız Səadət Xəlilov həbs edilib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv