Tailand vətəndaşı Ermənistan prezidentini məhkəməyə verib

Ermənistan İnzibati Məhkəməsi Tailand vətəndaşı Kaçaçat Bundinin iddiasını icraata qəbul edib.

 

Bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Bildirilib ki, artıq beş ildir ki, Ermənistanda yaşayan Bundi Prezident Vaahn Xaçaturyanı məhkəməyə verib. Tailand vətəndaşı Ermənistanda Tayland restoranı açıb, iş yerləri yaradıb, hətta xeyriyyə işləri ilə də məşğuldur, həm də Qladzor Universitetində aspirantdır. Lakin Ermənistan Milli Təhlükəsizlik Xidməti mənfi rəy verərək ölkə prezidentinə Bundiyə respublika vətəndaşlığını verməməyi tövsiyə edib.

 

Məqalədə da qeyd olunub ki, rəsmi məlumatlara görə, 2022-ci il yanvarın 1-dən noyabrın 30-dək 23,5 mindən çox əcnəbi Ermənistan vətəndaşlığını qəbul edib. Həmin dövrdə Ermənistanda 7082 nəfər yaşamaq icazəsi alıb. Pasport almaq üçün 17 788 Rusiya vətəndaşı müraciət edib, onlardan 17 274 nəfəri etnik ermənidir.

 

Bəzi siyasilər bu hadisəni gələn il keçiriləcək seçkilərədə Paşinyanın öz potensial rəqiblərinə qarşı apardığı impiçment kampaniyasının tərkib hissəsi olduğunu deyirlər.

Müəllif | Apa.Tv
Apa.tv