Tailandda terror aktı: polislər və jurnalistlər yaralandı

Tailandın cənubundakı Yalla vilayətində kustar üsulla hazırlanmış və pikapa yerləşdirilmiş bomba partladılıb.

 

APA TV-nin “Reuters”ə istinadən xəbərinə görə, Tailand Səhiyyə Nazirliyi partlayış nəticəsində 222 nəfərin yaralandığını açıqlayıb.

 

Xəsarət alanlar arasında polis əməkdaşları və jurnalistlər də var. Partlayış ölkədə koronavirusla bağlı vəziyyəti müzakirə etmək üçün mətbuat konfransının keçirildiyi inzibati binanın yaxınlığında törədilib.

 

Polisin məlumatına görə, terror aktını ölkənin cənubunda müstəqillik tələb edən radikal separatçılar törədib.

 

Qeyd edək ki, Tailandda münaqişə 2004-cü ildən davam edir. Münaqişə nəticəsində 16 il müddətində 6 mindən çox insan ölüb.

Müəllif | Apa.Tv
Apa.tv