Taksi aşdı, sərnişinlər yaralandı - HACIQABULDA AĞIR QƏZA

Hacıqabulda taksi kimi fəaliyyət göstərən minik avtomobili aşıb, 2 nəfər  xəsarət alıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Atbulaq kəndi ərazisində baş verib.

Belə ki, "Mercedes" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində sərnişinlər - 1997-ci il təvəllüdlü Simarə Nəsirova və 2001-ci il təvəllüdlü Nəriman Abdullazadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv