Tanınmış ərəb diplomat çıxışı zamanı öldü

 

Misirin Qahirə şəhərində Səudiyyə Ərəbistanından olan tanınmış diplomat Məhəmməd əl-Kahtani Ərəb-Afrika konfransında çıxışı zamanı dünyasını dəyişib. Bu barədə APA TV Tahiamasr.com-a istinadən xəbər verir. Kadrlardan göründüyü kimi, diplomat huşunu itirib və yıxılıb. Həkimlər ona ilkin tibbi yardım göstərməyə cəhd etsələr də, əl-Kahtaninin həyatını xilas etmək mümkün olmayıb. Onun ölüm səbəbi hələlik məlum deyil.

Müəllif | Apa.Tv
Apa.tv