Tanınmış klubun səhmləri satışa çıxarıldı - APA TV
"Liverpul"un sahibi "Fenway Sports Group" klubun səhmlərini satışa çıxarıb.
APA TV xəbər verir ki, bu barədə şirkət "The Athletic"ə açıqlamasında bildirib: “Tez-tez səhmdar olmaq istəyənlərdən təkliflər alırıq. Klubun maraqlarına uyğun olsa, uyğun şərtlərdə yeni səhmdarları nəzərdən keçirəcəyik. Əsas məqsədimiz klubun uğurudur".
Qeyd edək ki, şirkətin qurucusu Con Henri 2010-cu ildə "Liverpul"u alıb.