Tanınmış şair at çaparkən itlərin hücumuna məruz qaldı – VƏZİYYƏTİ AĞIRDIR

Nəğməkar-şair Cəlal Qurbanov at çaparkən itlərin hücumuna məruz qalıb.

Bunu ictimai fəal Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında yazıb.

Hadisə səhər saatlarında Novxanı ərazisində baş verib.

Cəlal Qurbanov övladları ilə birgə at çaparkən 20-dən çox itin hücumuna məruz qalıb.

Şair hazırda paytaxt xəstəxanalarının birində reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır. 

Həmin an övladları bir qədər aralı ərazidə olduqlarından xəsarət almayıblar.

 

Müəllif | Apa.Tv
Apa.tv