Tanınmış vəkil adam vurub öldürdü - ABŞERONDA

Abşeronda piyada ölümü ilə nəticələnən qəza baş verib.

APA TV-nin məlumatına görə, hadisə Saray qəsəbəsində qeydə alınıb. Övladını məktəbə yola salan qadın küçəni keçmək istəyərkən "Volksvagen" markalı 99 NM 092 dövlət nömrə nişanlı avtomobil onu vurub. Qadın hadisə yerində keçinib. Həyatını itirən - qəsəbə sakini, 1979-cu il təvəllüdlü Mustafayeva Esmira Sehrimun qızıdır.

 

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Hadisəni törədən şəxs Fazil Nəhmətov Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun müdiridir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv