Tank əleyhinə bölmələr döyüş atışlı təlimlər keçirir

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzləri və poliqonlarda tank əleyhinə bölmələr ilə döyüş atışlı təlim məşqləri keçirilir.

Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, şəxsi heyət ərazidə açılma və atəş mövqelərinin tutulması, hədəflərin aşkar edilməsi, atəşin korrektə edilməsi, eləcə də atəş mövqelərinin çevik dəyişdirilməsi üzrə normativləri yerinə yetirirlər.

 

Tank əleyhinə bölmələr həmçinin şərti düşmənin zirehli texnikasını təqlid edən hədəflərə döyüş atışları icra edir.

Müəllif | Apa.Tv
Apa.tv