“Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”

Bəli, bu şəxsiyyət Qarabağı böyük coşqu ilə sevirdi. Dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşmiş Azərbaycanı dərin bir uçurumdan xilas edən ümummilli lider Heydər Əliyevin əsas arzusu Qarabağı azad görmək idi.

Məhz  Ulu Öndərin 100 illik yubileyi günü Prezident İlham Əliyevin işğaldan azad edilən,  tarixi Zəfərin tacı olan Şuşadan xalqa  müraciəti Azərbaycanın siyasi və hərbi qüdrətinin nəyə qadir olmasına işarə idi.

Heç şübhəsiz ki, Prezident İlham Əliyevin dövründə yetişmiş gənclər Vətən Müharibəsində böyük qəhrəmanlıqlara imza atmaqla, Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etməklə bir daha bütün dünyaya Vətənə, dövlətə, Ali Baş Komandana bağlılıq nümunəsinin əslində necə olmasını nümayiş etdirdilər.

Bəli, bü gün Qarabağ sözün əsl mənasında cənnətə çevrilir. Ulu Öndər Heydər Əliyevin quruculuq işlərini Prezident İlham Əliyevin ləyaqətlə, böyük uğurla davam etdirməsi, 30 ilə yaxın dövrdə tam dağıdılmış Qarabağın və Şərqi Zəngəzurun sürətlə bərpası, təkcə ötən bir neçə gün ərzində Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda 10 yaşayış məntəqəsinin təməlini qoyması, bir çox sosial, infrastruktur obyektlərinin açılışlarında iştirakı bunu deməyə əsas verir.

Biz Qarabağa qayıtdıq, biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. Prezident İlham Əliyevin dəmir yumruğu, şəhidlərin qanı,qazilərin canı bahasına.

Müəllif | Apa.Tv
Apa.tv