Tarixçi alim Dilavər Əzimli koronavirusdan vəfat edib

Tarixçi alim Dilavər Əzimli koronavirusdan vəfat edib.

 

Bu barədə APA TV-yə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutundan bildirilib.

 

İnstitutun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli bu gün səhər saatlarında dünyasını dəyişib. 

 

Qeyd edək ki, D.Əzimli yanvarın 4-də xəstəxanaya yerləşdirilmişdi.

 

Müəllif | Apa.Tv
Apa.tv