Taxıl anbarından 1 ton qarğıdalını oğurlayıb satmaq istədilər – POLİS YAXALADI

Qaxda bir tona yaxın qarğıdalı oğurlayan şəxslər saxlanılıb.

APA TV-nin məlumatına görə, rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən taxıl anbarından 1 tona yaxın qarğıdalının naməlum şəxslər tərəfindən oğurlanması barədə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini Zaur Heydərov, Qax rayon sakinləri Elşən Əfəndiyev və Madonna Kuloşvili saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər oğurladıqları qarğıdalını Elşən Əfəndiyevin həyətindəki tikilidə gizlədiblər və bir müddət keçdikdən sonra satmaq niyyətində olublar.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv