Taxtakörpü qəsəbəsində Laçın sakinləri Prezidentin çıxışını dinləyir
Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində məskunlaşan laçınlı məcburi köçkünlər rayonun işğaldan azad olunması xəbərini böyük coşqu ilə qarşılayıblar.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, onlar Prezident İlham Əliyevin Laçın rayonunun işğaldan azad olunması haqqında çıxışını əllərində bayraqlarla dinləyiblər.