Tbilisidə növbəti toqquşma - POLİSLƏ MİTİNQÇİLƏR ARASINDA
Noyabrın 25-dən 26-a keçən gecə Tbilisidə Gürcüstan müxalifətinin tərəfdarları ilə polis arasında növbəti toqquşma olub.
APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, seçki islahatı tələbi ilə çıxış edən müxalifətçilər yenidən parlament binasını mühasirəyə alıb.
Qarşıdurma baş verən əraziyə yüzlərlə polis cəlb edilib. Aksiya iştirakçılarına qarşı su şırnağı tətbiq edilib. Ən azı 20 nəfərin saxlandığı bildirilir.
Qeyd edək ki, Gürcüstanda müxalifət tərəfdarlarının aksiyaları iki həftədir davam edir. Buna səbəb proporsional seçki sisteminə keçidi nəzərdə tutan qanun layihəsini qəbul etməkdən parlamentin imtina etməsidir. Müxalifət hakim partiyanı seçki islahatına mane olmaqda ittiham, parlamentə isə növbədənkənar seçkilərin keçirilməsini tələb edir.