TBMM-də Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı tədbir keçirilib

Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı foto və rəsm sərgisinin açılış mərasimi keçirilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, sərgi Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə keçirilib.

 

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim sərgidə Xocalı ilə bağlı rəsm əsərlərinin nümayiş olunduğunu diqqətə çatdırıb.

 

TBMM sədri Mustafa Şəntop Xocalı soyqırımını insanlıq əleyhinə törədilmiş cinayət kimi qiymətləndirib. 

 

TBMM sədri bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində günahsız insanları hədəf almayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv