TƏBİB koronavirusun əsas əlamətlərini açıqlayıb

“Yeni koronavirusun əlamətləri digər tənəffüs yolu xəstəliklərinə oxşardır. Xüsusi əlamətləri yoxdur”.

 

APA TV xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin cənub ərazi bölməsi üzrə koordinatoru, infeksion xəstəliklər uzmanı Fərrux Sədirov deyib. O, xəstəliyin əlamətlərini sadalayaraq bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının bu yaxınlarda verdiyi statistik rəqəmlərə baxanda yeni koronavirus üçün ən çox  qeyd olunan əlamət qızdırmadır. İkinci sırada quru öskürək, üçüncü  yorğunluq, halsızlıq, digər sıralarda isə bəlğəm, nəfəs darlığı, boğaz və qarın ağrısı kimi əlamətlər yer alır.

Müəllif | Apa.Tv
Apa.tv