Təbiətin möcüzəsi Nursu kəndi
Çadırdaş ətəyində, Toğluqayanın, Səngərtəpənin, Motalqayanın qoynunda, Şahbulaq, Kazımbulaq, Qubadbulaq, Yeddibulaq çeşmələrinin axar-baxarında yerləşir bu kənd. Uzaqdan görünən hündür cəviz, alma ağaclarının yaratdığı əsrarəngiz mənzərəni seyr edərkən kənd sanki yorğunluğunu çıxarmaq üçün özünü bu ağacların kölgəsinə verib. Elə bu ağaclar Nursunun tarixini özündə əks etdirir.