Təcavüzə uğrayan azyaşlının anası: “1 həftədir nələr çəkirəm tək Allah bilir” - APA TV

Bir neçə gün əvvəl Bərdədə təcavüzə məruz qalan məktəbli qızın anası Arzu Heydərova APA TV vasitəsilə hüquq mühafizə orqanlarına müraciət edib.

Ana müraciətində qızının ağır günlər keçirdiyini bildirib.

 

Zərərçəkmişin vəkili Ruhəngiz Quliyeva APA TV-yə bildirib ki, yeniyetmə reabilitasiya mərkəzinə köçürülərək, psixoloq dəstəyi ilə təmin olunacaq.

 

Xatırladaq ki, xoşagəlməz hadisə avqustun 25-i Bərdə rayonunda yaşanıb. Faktla bağlı cinayət işi başlanılıb, 3 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, bir nəfər yeniyetmə isə valideyn nəzarətinə verilib.

 

Nərmin Murad

Kamran Namazov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv